​Liviyada benzindaşıyan tanker aşıb partladı: Ölənlər və yaralılar var - FOTO

​Liviyada benzindaşıyan tanker aşıb partladı:
23:45 01.08.2022
255 Dünya
A- A+

Liviyanın Bint Bayya bölgəsində səhər saatlarında benzindaşıyan tankerin aşması nəticəsində partlayış baş verib.

Partlayış nəticəsində yeddi nəfərin öldüyü, 51 nəfərin isə yaralandığı bildirilib.

Yaralıların təxliyəsi üçün əraziyə helikopter göndərilib.

Partlayışın səbəbi hələlik məlum deyil.