​SON DƏQİQƏ: İran polisi 2 azyaşlı uşağı güllələdi - FOTO

​SON DƏQİQƏ: İran polisi 2 azyaşlı uşağı güllələdi -
11:05 02.08.2022
254 Dünya
A- A+

İran polis qüvvələrinin Mərivan şəhər sakininin avtomobilinə atəş açması nəticəsində 9 və 11 yaşlı iki uşaq həlak olub.

Sulh.info.az xəbər verir ki, iyulun 31-də baş verən hadisə zamanı polis məmurları Mərivan şəhər sakini Rəhman Raşidi Məneşin şəxsi avtomobilini atəşə tutublar. Bu zaman maşında olan və ağır güllə yarası alan 2 uşaq dünyasını dəyişib.

Öldürülən uşaqların Rəhman Raşidi Məneşin övladları olduğu bildirilir. Məlumata görə, uşaqların atası və anası da təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Məlumatda o da qeyd olunub ki, polis məmurları əvvəlcədən heç bir xəbərdarlıq etmədən Raşidi Məneşin avtomobilini gülləbaran ediblər.

İranın məhkəmə və hüquq-mühafizə orqanları hələlik hadisə barədə, habelə vətəndaşın avtomobilinə atəş açılmasının səbəbi ilə bağlı heç bir açıqlama verməyib. (Qazet)