​İranda son sutkada 74 nəfər koronavirusdan ölüb

​İranda son sutkada 74 nəfər
15:30 02.08.2022
225 Dünya
A- A+

İranda ötən sutka ərzində 74 nəfər koronavirusdan (COVID-19) ölüb.

Sulh.info.az xəbər veririr ki, APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 142 134 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 9 350 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7 410 075 nəfərə çatıb.