2020-ci ilin noyabrın 10-dan indiyədək azad edilmiş ərazilərdə minaya düşərək həlak olan və yaralanan şəxslərin sayı açıqlanıb.
Sulh.info.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, minaya düşmə nəticəsində 7 hərbi qulluqçu, 32 mülki şəxs həlak olub.
Qeyd edilib ki, mina partlaması zamanı 117 hərbi qulluqçu, 67 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.