​Rusiyada gəmiqayırma zavodunda yanğın baş verib - VİDEO

​Rusiyada gəmiqayırma zavodunda yanğın baş verib
21:31 02.08.2022
232 Dünya
A- A+

Rusiyanın Sankt-Peterburq şəhərində “Admiralteyski” gəmiqayırma zavodunda yanğın baş verib. Belə ki, inşa edilməkdə olan “Mexanik Maslak” trauleri (balıqçı gəmisi) alovlara bürünüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Yanğının başvermə səbəbləri araşdırılır.