​ABŞ-ın Çindəki səfiri XİN-ə çağırıldı

​ABŞ-ın Çindəki səfiri XİN-ə
23:44 02.08.2022
245 Siyasət
A- A+

ABŞ-ın Çindəki səfiri Nikolas Börns bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. 

Sulh.info.az bildirir ki, bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, diplomata ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri ilə bağlı etiraz ifadə edilib.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvanda səfərdədir. Onun səfəri ABŞ-la Çin arasında gərginliyin artmasına səbəb olub. Çin Hərbi Hava Qüvvələri Su-35 qırıcılarını Tayvan boğazı istiqamətinə göndərib. (Qafqazinfo)