​Bakıda məşhur geyim mağazasının müdiri ÖLÜ TAPILDI

​Bakıda məşhur geyim mağazasının müdiri
09:00 03.08.2022
227 Hadisə
A- A+

Bakıda mağaza müdirinin iş yerində meyiti tapılıb.

Sulh.info.az "Report"a istinadən xəbər verir ki, hadisə iyulun 24-də paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, "Kığılı" geyim mağazasının "Elmlər" filialının müdiri, 1991-ci il təvəllüdlü Rəşid Əliyevin həmin filialın anbar otağında meyiti aşkar olunub.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.