​Pentaqon Şoyqunun bəyanatını təkzib edib

​Pentaqon Şoyqunun bəyanatını
09:15 03.08.2022
221 Siyasət
A- A+

Vaşinqton Rusiya Müdafiə Nazirliyinin Ukraynada məhv edildiyi iddia edilən “HIMARS MLRS” ilə bağlı yayılan məlumatları təkzib edib.

Sulh.info.az bildirir ki, Pentaqonun sözçüsü vəzifəsini icra edən Todd Bressail bildirib:

“Müdafiə naziri Şoyqunun son iddialarından xəbərdarıq. Bildirmək istərdik ki, bu yenə də açıq-aşkar yalandır”. 

Eyni zamanda o, əlavə edib ki, Ukrayna HIMARS sistemindən yüksək dəqiqliklə və səmərəli şəkildə istifadə edir.

Xatırladaq ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada al6 "HIMARS" və 33 "M777" haubitsasının məhv edildiyini açıqlayıb.