"Qarabağ" bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununa çıxacaq.
Sulh.info.az Offsideplus.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 9-u Budapeştdə keçiriləcək.
3 avqust
20:00. "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan)
Baş hakim: Andreas Ekberq (İsveç)
Tofiq Bəhramov adına Respublika stadionu