​Gömrük Komitəsinin yeni sədr müavini kimdir ? - DOSYE

​Gömrük Komitəsinin yeni sədr müavini kimdir ? -
11:31 03.08.2022
260 Ölkə
A- A+

Xəbər verdiyimiz kimi, Bəhruz Quliyev Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin olunub.

Sulh.info.az xəbər verir ki, Bəhruz Quliyev 30 sentyabr 1981-ci ildə Tovuz rayonunda anadan olub. 2003-cü ildə Milli Aviasiya Akademiyasının Avianəqliyyat İstehsalatı fakultəsinin əyani şöbəsinə daxil olub. 2008-ci ildə həmin Akademiyanı avianəqliyyat istehsalatının təşkili ixtisası üzrə bitirib.

2011-ci ildə Baki Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olub, 2015-ci ildə Hüquqşünas ixtisasını bitirib. Milli Aviasiya Akademiyasının Doktorantıdır.

2009-cu ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 2-ci sərnişin şöbəsinin inspektoru, 2011-ci ildən həmin şöbənin baş inspektoru, 2013-cü ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, 2015-ci ildən rəisin birinci müavini, 2018-ci ildə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifələrində işləyib.

7 yanvar 2022-ci ildən Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Rəisi vəzifəsinə təyin olunub.

2018-ci ildə  “Dövlət Qulluğunda fərqlənməyə görə” medalı, 2021-ci ildə  "Hərbi Əməkdaşlıq Sahəsində Xidmətlərə görə" medalları ilə təltif olunub.

Ailəlidir, 4 övladı var. (qazet.az)