​Ukraynada həbs edilən qazimizlə bağlı son məlumat

​Ukraynada həbs edilən qazimizlə bağlı
14:35 03.08.2022
273 Ölkə
A- A+

Ukraynada fəaliyyət göstərən azərbaycanlı könüllü Şamxal Quliyev bu ölkədə həbs edilən qazi Misir Qasımlı ilə bağlı son məlumatı çatdırıb.

Sulh.info.az xəbər verir ki, qazinin dünənki məhkəməsi həyəcan siqnalı verilməsi səbəbindən növbəti həftəyə təxirə salınıb.

Azərbaycanlı könüllü Misir Qasımlının öz dövlətindən, millətindən kömək istədiyini deyib.
Məlumata görə, qazinin vəkilinə təzyiq olunur. 

“Mənə zəng edib, hədə-qorxu gəlirlər. Tanımadığım nömrədən zəng gələndə cavab vermirəm”, - deyə vəkil Şamxal Quliyevlə telefon danışığında qeyd edib. (oxu.az)