​"Ermənilər dezinformasiya yaymaq kimi əməllərindən əl çəkmir" - Müdafiə Nazirliyi

​
23:15 03.08.2022
309 Ölkə
A- A+

"Azərbaycan Ordusunun itkisi barədə rəsmi məlumat verilməsinə baxmayaraq, ermənilər sosial şəbəkələrdə çirkin dezinformasiya yaymaq əməllərindən əl çəkmir, feyk məlumatlar yayırlar".

Sulh.info.az bildirir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov deyib. O, həmçinin əlavə edib:

"Bildiririk ki, bütün bunlar onların daxili auditoriyasına hesablanmış addımlardır. Ermənistanın sosial şəbəkələrində yayılan bu tipli xəbərləri qəti şəkildə təkzib edirik".