​Özünü yandıran şikayətçi öldü - SON DƏQİQƏ

​Özünü yandıran şikayətçi öldü -
11:34 04.08.2022
227 Ölkə
A- A+

Bu saatlarda Nərimanov rayonu Polis İdarəsinin 17-ci polis bölməsinin intihar məqsədi ilə qarşısında özünü yandıran 1964-cü il təvəllüdlü Nuriyev Vahid Alı oğlu dünyasını dəyişib.

Sulh.info.az xəbər verir ki, bu barədə 58 yaşlı Vahid Nuriyevin yaxınları məlumat verib.

Ağır yanıq xəsarətləri ilə 5 saylı şəhər xəstəxanasının yanıq şöbəsinə yerləşdirilən Vahid Nuriyevin bir qədər əvvəl dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, yaxınlarının verdiyi məlumata görə, adıçəkilən şəxs bir müddət öncə özünün döyülməsi ilə bağlı Nərimanov RPİ-nin 17-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib.

Lakin zərərçəkmiş onun şikayətinə obyektiv baxılmadığını əsas gətirərək təkrarən polis və prokurorluq orqanlarına müraciət ünvanlayıb. Aparılan təhqiqatın nəticələrindən narazı qalan V. Nuriyevin intihara əl atdığı bildirilib. (publika.az)