Bir neçə gündür bəzi rayonlarda un qıtlığı xəbərləri yayılıb. Bu səbəbdən alıcılar qiymət artımı olacaq deyə təşvişə düşüb.
Sulh.info.az bildirir ki, bu barədə saytımıza danışan iqtisadçı-ekspert Xalid Kərimli deyib:
“Rusya Ukrayna müharibəsindən sonra hökümət və İqtisadiyyat Nazirliyi ölkdəki un və taxıl məsələlərini, onların ölkəyə giriş, istifadə məsələlərini diqqətdə saxlayır. Fevral ayında ölkədən təkrar ixracın üçün nəzərdə tutulan 28 adda məhsul vardır ki, (duru yağlar, ət məhsulları, un məhsulları) həmin məhsulların ixracı da bir başa İqtisadiyyat Nazirliyinin icazəsi ilə baş verir. Ölkədə kifayət qədər dünya standartlarına və qaydalarına uyğun 8-9 aylıq taxıl ehtiyatı var. Bu baxımdan hazırda ölkədə əhalinin taxıl bazarında olan vəziyyətlə bağlı narahatlığına səbəb yoxdur. Buna görə qiymət artımı, taxıl ehtiyatlarının çatışmamazlığı kimi mövzülar gündəlikdə yoxdur. Qiymətlər indiki vəziyyətdə saxlana biləcək”.
Günay İbrahimova / Sulh.info.az