​"Bu əməliyyat ordumuza böyük üstünlüklər qazandırdı" - Politoloqdan AÇIQLAMA

​
14:59 04.08.2022
298 Siyasət
A- A+

“Azərbaycan ordusu xüsusi əhəmiyyət kəsb edən strateji yüksəklikləri ələ keçirdi. Bu da Azərbaycan ordusuna böyük üstünlüklər qazandırdı. Çünki, Qarabağın relyefi və mövcud vəziyyət onu deməyə əsas verir ki, yüksəklik kimdədirsə, o da üstünlüyə malikdir”. 

Sulh.info.az bildirir ki, bu sözləri Ordumuzun dünən baş tutan “Qisas əməliyyatı” barədə saytımıza danışan politoloq İlyas Hüseynov deyib. O, həmçinin qeyd edib:

“Eyni zamanda düşmən hərbi təxribatı nəticəsində Azərbaycan nümayiş etdirdi ki, bir tərəfli qaydada Ermənistanı sülhə məcbur edə və üç tərəfli bəyanatı icra edə bilər. Təbii ki, Rusiya sülhməramlıları müvəqqəti olaraq bölgəyə yerləşdirildikdən sonra Ermənistanın hərbi silahlı birləşmərləri regionu tərk etməlidirlər. Təəssüf olsun ki, üç tərəfli hərbi bəyanatdan il yarım dövr keçməyinə baxmayaraq, hələ də erməni hərbi birləşmələri regionu tərk etməyiblər”.

“Avropa İttifaqının və Rusiyanın vasitəçiliyi ilə regionda sülh quruculuğu istiqamətində mühim addımlar atılıb. Lakin Ermənistan sülhə təhdid törətməklə bütün əldə olunan razılıqların üstündən xətt çəkməyə addım atır. Bu addımlardan sonra hər şeyə sıfırdan başlamaq lazımdır. Bu da qəbul olunmazdır və sülh gündəliyi ilə bağlı aparılan mühüm razılaşmaların nəticəsiz qalmasına gətirib çıxardır. Ermənistan bu cür qısa müddətli münaqişələrlə böyük çətinliklərlə əldə olunan msafəni daha da daraldıb, bununla zaman qazanmağa çalışır. Ordumuz sübüt etdi ki, Fərrux, Sarıbaş, Qırxqız yüksəklikləri son deyil, bundan sonra da  antiterror əməliyyatları davam edəcək”.

Günay İbrahimova / Sulh.info.az