​Ledi Qaqa “Joker 2”də rol alacaq!

​Ledi Qaqa “Joker 2”də
11:35 05.08.2022
A- A+

Dünyaca məşhur müğənni Ledi Qaqanın “Joker 2” filmində rol alacağı xəbəri təsdiqlənib. 

Sulh.info.az xəbər verir ki, bununla bağlı Ledinin özü də paylaşım edib. Sənətçi filmdə Herli Kevin rolunu oynayacaq. 
Filmin 2024-cü ildə yayımlanacağı gözlənilir. 

Qeyd edək ki, “DC Universe”ə aid olan daha əvvəlki filmlərdə Jokerin sevgilisi Herli obrazını Marqot Robi canlandırıb.