​"Rusiya Xüsusi xidmət orqanları..." - Politoloqdan səfirliyə hücumla bağlı AÇIQLAMA

​
12:53 05.08.2022
311 Siyasət
A- A+

 “Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə radikal dini dəstənin hücumunun arxasında Rusiyanın xüsusi xidmət orqanları da dura bilər”.

Sulh.info.az xəbər verir ki, bu sözləri politoloq Yeganə Hacıyeva saytımıza danışarkən deyib.

 O, bildirib ki, həmin qrupa Suriyanın və Bəşər Əsədə yaxın çevrələrin də təsiri var və bu radikal qrupun istər Yaxın Şərq, istərsə də Avropadakı fəaliyyətinin həmişə Bəşər Əsədə yaxın çevrələrin maraqları ilə sinxronluq təşkil edib:

“44 günlük Vətən müharibəsi ərəfəsində də Azərbaycana qarşı bir neçə dəfə Rusiya xüsusi xidmət orqaları tərəfindən məhz Bəşər Əsəd hökümətinə yaxın qrupların istifadəsi olmuşdur. Londonda səfirliyimizə hücum planının da onların vasitəsilə gerçəkləşdirilməsi mümkündür. Bundan başqa, Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə son olaylar fonunda Moskva bu təxribatı təşkil etməklə diqqəti Qarabagdan yayındırır. Digər tərəfdən də, Azərbaycanda məhərrəm ayı ərəfəsi aktiv olacaq dini kəsimdə, şiə-sünni gərginliyi yaratmaq hədəflənir, bununla da Azərbaycan üçün yeni gərginlik ocağı təşkil edilir”.

Günay İbrahimova / Sulh.info.az