​Xaçmazda kişi meyiti tapılıb

​Xaçmazda kişi meyiti
11:45 06.08.2022
253 Hadisə
A- A+

Xaçmaz şəhərində kişi meyti aşkarlanıb.

"Report"un Şimal bürosunun məlumatına görə, şəhər mərkəzində təxmini 60 yaşlarında olan kişi meyiti tapılıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Onun şəxsiyyəti və ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.