​Bakıda istirahət mərkəzində faciə: Epilepsiya xəstəsi hovuzda öldü

​Bakıda istirahət mərkəzində faciə: Epilepsiya xəstəsi
13:30 06.08.2022
339 Hadisə
A- A+

Bakıda istirahət mərkəzinin hovuzunda ölüm hadisəsi baş verib.

Sulh.info.az bildirir ki, dünən Səbail rayonu Şıx qəsəbəsində yerləşən “Dostluq” istirahət mərkəzinin hovuzunda paytaxt sakini, 32 yaşlı Pərviz Kazım oğlu Sultanov boğularaq ölüb.

Yaxınlıqdakı şəxslər gəncin hovuzda batdığını görüblər. P.Sultanov sudan çıxarıldıqda onun artıq öldüyü məlum olub.

İlkin araşdırmalar zamanı P.Sultanovun epilepsiya xəstəsi olduğu müəyyənləşib və qıcolma səbəbindən suda batdığı bildirilib.

Araşdırmalar davam etdirilir. (Qafqazinfo)