​Tovuzda çayxanada yanğın olub

​Tovuzda çayxanada yanğın
10:00 07.08.2022
232 Hadisə
A- A+

Tovuz rayonunun Abulbəyli kəndində ümumi sahəsi 80 m² olan taxta konstruksiyadan ibarət çayxana və içərisindəki əşyalar yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.