​Casusluq şübhəsi ilə saxlanılan rusiyalı jurnalist sərbəst buraxıldı

​Casusluq şübhəsi ilə saxlanılan rusiyalı jurnalist
10:45 07.08.2022
237 Dünya
A- A+

Darya Aslamova redaksiya ilə əlaqə yaradaraq Serbiya – Kosova sərhədindəki Raşka şəhərində olduğunu bildirib.

Bununla bağlı onun çalışdığı “Komsomolskaya Pravda”dan açıqlama verilib.

Bildirilib ki, sərbəst buraxıldıqdan sonra o özü avtobusla sərhədə qədər gəlib. Hazırda o, Rusiyanın Serbiyadakı səfirliyi ilə əlaqədədir.

Qeyd edək ki, Aslamova avqustun 7-nə keçən gecə tanınmamış Kosova hakimiyyəti tərəfindən casusluq şübhəsi ilə saxlanılıb, sonra sərbəst buraxılıb.