​Ukraynanın üçüncü gəmisi İstanbul sahillərində lövbər salıb

​Ukraynanın üçüncü gəmisi İstanbul sahillərində
11:30 07.08.2022
242 Dünya
A- A+

Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında imzalanan “Taxıl və ərzaq məhsullarının Ukrayna limanlarından təhlükəsiz daşınması” müqaviləsi çərçivəsində avqustun 7-də Çernomorskdan hərəkət edən üçüncü gəmi İstanbul sahillərində lövbər salıb.

Türkiyə bayrağı altında üzən 12 min ton qarğıdalı yüklü "Polarnet" adlı quru yük gəmisi İstanbulda birgə nümayəndə heyəti tərəfindən yoxlanıldıqdan sonra Derincəyə doğru hərəkət edəcək.