Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Borsunlu kənd yolunda qeydə alınıb.
Yolu qarşı tərəfə keçmək istəyən piyadanı avtomobil vuraraq öldürüb.
Onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.