​“Kristal Abşeron”un binasında su kəsildi: Kimsə səbəbi açıqlamadı

​“Kristal Abşeron”un binasında su kəsildi:
18:00 07.08.2022
250 Sosial
A- A+

Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində suyun verilməsində fasilə yaranıb. 

Həmin küçədə yerləşən “Kristal Abşeron” şirkətinə məxsus binada səhər saatlarından içməli suyun verilməsi dayandırılıb. Bununla bağlı Cebhe.info-ya binanın bir qrup sakini müraciət edib. 

Sakinlər isti yay günündə 6-7 saat suyun kəsildiyini bildiriblər. Binanın komendantı (MTK rəhbəri) sakinlərə problemin nədən qaynaqlandığını və nə zaman aradan qaldırılması ilə bağlı dəqiq cavab verməyib. 

Bundan başqa, sakinlər adıçəkilən yaşayış ünvanında tez-tez qaz, işıq, internet və su probleminin yaşandığını qeyd ediblər.