​Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

​Tovuzda avtomobil piyadanı vuraraq
10:00 08.08.2022
207 Hadisə
A- A+

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

Sulh.info.az bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "KİA" markalı minik avtomobili Dondar Quşçu kənd sakini 1996-ci il təvəllüdlü Sadıqov Samir Zirəddin oğlunu vurub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.