​Azərbaycan nefti bahalaşdı

​Azərbaycan nefti
13:55 09.08.2022
A- A+

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.

Sulh.info.az xəbər verir ki, Azərbaycan neftinin bir barelə olan qiyməti 0,29 ABŞ dolları və ya 0,29% artaraq, 98,74 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.