​Evdən qaçan, intihar edən yeniyetmələr: Günah kimdədir? - Psixoloq DANIŞDI

​Evdən qaçan, intihar edən yeniyetmələr: Günah kimdədir? -
12:28 09.08.2022
408 Ölkə
A- A+

Son zamanlarda uşaqların evdən getməsi, itkin düşməsi xəbərləri mediada çoxalıb.

Sulh.info.az mövzu ilə bağlı tanınmış psixoloq İlahə Dəmirbəy ilə söhbətləşib. Psixoloq bildirib ki, yeniyetmə ilə valideynin münasibətləri, valideynin övladının tələblərini yerinə yetirib-yetirməməsi əsas məqamlardandır:

“İstər itkin düşmə, istər intihar xəbərləri eşidirik. 13-18 yaş aralığı yeniyetmələrdə hər şeyin ən yaxşısı bilir və edir kimi fikirlər formalaşır. Amma valideynlər övladlarının formalaşmış düşüncələrini dəstəkləmir, onlara basqı edir və hər şeyi öz əllərinə almağa çalışırlar. Bu səbəbdən uşaqlar üsyan edərək evdən getməyə cəhd edərək validenlərinin fikrini dəyişdirə biləcəklərini düşünürlər”.

“Bəzən valideynlər söyləyirlər ki, biz onlara çox yaxşı baxırıq, onun üçün ən yaxşısını edirik. Valideynlər bilməlidirlər ki, onlar övladlarını dinləyib, söhbət etmədikdə, onun düşüncələrini bilmədikdə, maddiyyatla alınan şeylər onlar üçün önəmsiz olur. Valideynlər uşaqlarını tanımalı, onları dinləməli, səhvi və düzü ilə qəbul etməli, nə hiss etdiklərini soruşmalıdırlar. Səhv addım atsa belə, onlar övladını anlayaraq, başa salaraq onu düzgün yola çəkməlidirlər. Amma valideyn bəzi məsələlərdə uşaqların səhv etməsinə də icazə verməlidirlər ki,  uşaqlar özləri baş verənləri başa düşüb, dərk etsinlər”.

Günay İbrahimova / Sulh.info.az