Ağdaş Rayon Mərkəzi Xəstəxanasında kütləvi zəhərlənmə qeydə alınıb.
Sulh.info.az xəbər verir ki, əmək müqaviləsi əsasında işləyən orta və kiçik heyyətdə bəzi işcilər zəhərlənib.
"Zəhərlənmənin səbəbi müvafiq hüquq muhafizə orqanları tərəfindən araşdırılır. Zəhərlənməyə məruz qalan işcilərin səhhəti hazırda yaxşıdır, lazimi tibbi yardım göstərilir".
Baş Prokurorluğun Mətbuat Xidmətindən isə məlumat verildi ki, Ağdam Rayon Mərkəzi Xəstəxanasında aparılan dezinfeksiya işləri ilə bağlı 12 tibb işçisi yüngül dərəcədə zəhərlənib.
Bildirilib ki, hazırda rayon prokurorluğunda araşdırma aparılır.