​Dmitri Medvedev Estoniyanı təhdid edib

​Dmitri Medvedev Estoniyanı
16:40 09.08.2022
267 Siyasət
A- A+

“Rusiya vətəndaşlarına qarşı növbəti nasist sərsəmləməni eston xala söyləyib. O deyib: “Avropanı ziyarət etmək insan haqqı deyil, imtiyazdır”.

Sulh.info.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, ölkənin sabiq Prezidenti Dmitri Medvedev tviterdə yazıb.

“Elə ona digər sözləri xatırlatmaq istəyirsən: “Əgər siz azadsınızsa, bu sizin xidmətiniz deyil, bizim nöqsanımızdır”, - o vurğulayıb.

Qeyd edək ki, D.Medvedevin Estoniya Baş naziri Kaya Kallasın ünvanına dediyi bu sözlər sovet Rusiyasının Əks-İnqilab və Sabotajla mübarizə üzrə Ümum-Rusiya Fövqəladə Komissiyasının banisi, məşhur inqilabçı Feliks Dzerjinskiyə məxsusdur. O vaxtilə deyib: “Əgər sizin məhkumluğunuz yoxdursa, bu sizin xidmətiniz deyil, bizim nöqsanımızdır”.

Xatırladaq ki, Estoniyanın Baş naziri Avropa İttifaqı (Aİ) ölkələrini rusiyalılara turistik vizaların verilməsini dayandırmağa çağırıb.