​Qalmaqallı rejissor ağır xəstəlikdən əziyyət çəkir

​Qalmaqallı rejissor ağır xəstəlikdən
16:55 09.08.2022
A- A+

Məşhur danimarkalı rejissor Lars fon Triyer Parkinson xəstəliyindən əziyyət çəkir.

Sulh.info.az xəbər verir ki, bu barədə onun təsis etdiyi “Zentropa” kino şirkəti məlumat yayıb. Hazırda onun müalicə aldığı vurğulanıb.

Xəstəliyinə baxmayaraq, 66 yaşlı rejissor "Krallıq" mistik serialının son sezonu üzərində işləməyə davam edir. 

Qeyd edək ki, rejissor bir neçə dəfə yaratdığı qalmaqallarla da məşhurdur. O, 2011-ci ildə mətbuat konfransı zamanı Adolf Hitlerə “rəğbət bəslədiyini” bildirdikdən sonra 7 il müddətinə Kann Film Festivalında iştirakdan kənarlaşdırılıb. 2017-ci ildə isə müğənni Björk rejissoru onu təqib etməkdə günahlandırıb. Lars özü təqib iddialarını rədd etsə də, Björklə münasibətlərin gərgin olduğunu da inkar etməyib.

Bundan başqa, Lars “Cekin tikdiyi ev”, “Melanxoliya”, “Doqvill”, “İdiotlar”, “Nimfoman”, “Antixrist” və digər kimi lentə aldığı filmlərlə tanınır. (axsam.az)