Abituriyentlər üçün imtahan stressi artıq geridə qalıb. Onlar artıq ixtisas seçiminə başlayır. Amma keçirdikləri stresli dönəmin təsiri hələ də üzərlərindədir. İmtahan kimi ixtisas seçimi məsələsi də onlar üçün gərginlik deməkdir. Bəzən valideynlər onları öz fikiririndən yayındırır və abituriyentin ixtisas seçimində çətinlik çəkməsinə səbəb olur.
Sulh.info.az bildirir ki, mövzu ilə bağlı tanınmış psixoloq Gülnar Orucova saytımıza danışıb. O bildirib ki, bu məsələdə valideyinlər uşaqlara qarşı yanlış addım atmamalıdırlar:
“Yeniyetmə imtahana hazırlaşıb imtahandan keçibsə, artıq o əvvəlcədən ixtisasını seçmiş olur. Bəzən valideynlər övladlarına müdaxilə edərək öz istədikləri ixtisası seçməyə məcbur edirlər. Amma mən həmişə deyirəm ki, valideynlər övladlarının fikirlərinə hörmətlə yanaşmalıdırlar. Valideynin düşüncəsi ilə övladının düşüncəsi eyni olmamalıdır. Əgər valideyn ilə yeniyetmənin düşüncə tərzi eyni olarsa, yeniyetmə irəliyə deyil, geri gedəcək. Bu mövzuda ixtiyarı uşağın özünə buraxmaq lazımdır”.
“İxtisas seçimi yeniyetmənin ixtiyarına buraxılarsa, onlar üçün daha yaxşı olur. Valideyn sadəcə övladına dəstək olmalı, onunların seçimlərinə hörmət etməlidirlər. Valideynlər uşaqların üzərinə getməməli, onların daşıya bilməyəcəyi yükün altına salmamalıdırlar. O yaşda heç bir uşaqla sərt danışmaq, fikirlərinə zidd danışmaq olmaz”.
Günay İbrahimova / Sulh.info.az