"Barselona"nın futbolçusu Jerar Pike klubu üçün fədakarlıq edib.
Sulh.info.az xəbər verir ki, 35 yaşlı müdafiəçi maaşının azaldılmasına razı olub.
"Barselona" La Liqa rəhbərliyinin qoyduğu maaş və xərc limitini aşdığına görə yeni transferlərini qeydiyyatdan keçirə bilmir. Kataloniya klubu bu səbəbdən bir neçə yüksək məvacib alan oyunçularından maaşlarının azaldılmasına razı olmalarını xahiş edib. İspaniyalı futbolçu isə "Barselona" ilə anlaşaraq La Liqa təmsilçisinə kömək edib.
Bildiilir ki, Pikenin 2024-cü ilin yayınadək olan müqaviləsi qüvvədə qalacaq. Bu razılaşma onun yalnız maaşına təsir edəcək.
Qeyd edək ki, "Barselona" yay transfer pəncərəsində 5 futbolçunun keçidini reallaşdırıb. Onlar Andreas Kristensen, Frank Kessye, Robert Levandovski, Jül Kunde və Rafinyadır. (Qol.az)