​ABŞ 100-dən artıq Belarus vətəndaşına sanksiya tətbiq edib

​ABŞ 100-dən artıq Belarus vətəndaşına
19:30 09.08.2022
377 Siyasət
A- A+

ABŞ Prezident Aleksandr Lukaşenkonun ailə üzvləri də daxil olmaqla, 100-dən artıq Belarus vətəndaşına qarşı sanksiya tətbiq edib.

Sulh.info.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken “Twitter“də bildirib.

O, sanksiyaların Belarusda keçirilən və ABŞ-ın nəticələrini legitim saymadığı seçkilərin ikinci ildönümü ilə bağlı qəbul edildiyini qeyd edib.

Dövlət katibi ABŞ-ın Belarus xalqının demokratik gələcəyinə dəstək verəcəyini vurğulayıb.