​İlon Mask Tesla səhmlərini satdı - 6,9 milyard dollara...

​İlon Mask Tesla səhmlərini satdı -
12:30 10.08.2022
A- A+

Tesla-nın baş direktoru Elon Mask Tesla-nın təxminən 6,88 milyard dollar dəyərində 7,92 milyon ədəd səhmini satıb.

Sulh.info.az xəbər verir ki, o bu vəsaitin "Twitter" ilə müqaviləsini maliyyələşdirmək üçün istifadə oluna biləcəyini söyləyib.

Qeyd edək ki, bu ilin əvvəlində Tesla və SpaceX CEO-su sosial mediada aprelin 28-dən sonra "daha Tesla satışının planlaşdırılmayacağını" söyləmişdi.

Keçən ilin sonunda Musk 16 milyard dollardan çox səhm satdıqdan sonra Tesla-nın səhmləri ucuzlaşıb ki, bu da beş ildən artıq müddətdə ilk satış idi. (metbuat.az)