Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranın təkbətək görüşü başa çatıb.
Sulh.info.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb.
Hazırda nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir.
Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranın Azərbaycana səfəri başlayıb.
Report xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Hazırda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla əlcəzairli həmkarı arasında görüş keçirilir.
C.Bayramov Ramtan Lamamranı nazirliyin önündə qarşılayıb. Daha sonra nazirlərin təkbətək görüşü başlayıb.