​İslamiada: Azərbaycan millisi oynamadan qələbə qazanıb

​İslamiada: Azərbaycan millisi oynamadan
13:00 10.08.2022
225 İdman
A- A+
Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında iştirak edən 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk qələbəsini qazanıb.
 
Sulh.info.az xəbər verir ki, buna səbəb yığmanın B qrupunda bu gün qarşılaşmalı olduğu İran seçməsinin oyuna gəlməməsidir.
 
Qarşılaşma baş tutmayacaq və rəqibə texniki məğlubiyyət veriləcək.
 
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Səudiyyə Ərəbistanına 0:1 hesabı ilə uduzub. Samir Əliyevin baş məşqçisi olduğu yığma avqustun 12-də Mərakeşlə oynayacaq. (azxeber.com)