Səudiyyə Ərəbistanından olan tanınmış diplomat Məhəmməd əl-Kəhtani Misirin Qahirə şəhərində Ərəb-Afrika konfransında çıxışı zamanı vəfat edib.
Sulh.info.az xəbər verir ki, səudiyyəli diplomat bir anda huşunu itirərək yerə yıxılıb.
Ona ilkin tibbi yardım göstərməyə cəhd etsələr də, əl-Kəhtaninin həyatını xilas etmək mümkün olmayıb.
Onun ölüm səbəbi hələlik məlum deyil. (azxeber)