​Ani Lorak Rusiyada konsert verməyəcək

​Ani Lorak Rusiyada konsert
15:25 10.08.2022
A- A+

Ukraynalı müğənni Ani Lorak (əsl adı Karolina Kuek) Rusiyada konsert verməyəcək.

İfaçı öz rəsmi internet portalında 2022-ci ildə Rusiyada konsert verməyəcəyini təsdiqləyib.

Eyni zamanda Rusiyanın müxtəlif şəhərlərində planlaşdırılan bütün çıxışlar da ifaçının saytından silinib.

Lorak yalnız Almaniya və Çexiyada çıxış edəcək. (oxu.az)