​Səhiyyə Nazirliyi qaranlıqda telefon və planşet istifadə edənlərə xəbərdarlıq edib

​Səhiyyə Nazirliyi qaranlıqda telefon və planşet istifadə edənlərə
16:10 10.08.2022
A- A+

"Qaranlıqda kompüter, telefon və planşetlərə baxmaq yuxu hormonunun ifrazında problem yaradır".

Sulh.info.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Nigar Həsənova deyib.

Onun sözlərinə görə, bu, uşaqlarda həmçinin boy hormonunun ifrazına mane olur: "Ümumiyyətlə, bu məsələ ilə bağlı tədqiqatlar aparılır. Uşaqlar qaranlıqda telefon, planşet istifadə etməməlidirlər".

N.Həsənova onu da vurğulayıb ki, bəzi eynəklərin insanı kompüter şüasından qoruduğu elmi baxımdan təsdiqini tapmayıb: "Həmin eynəklərin 100 faiz qoruduğu barədə fakt yoxdur. Kompüter arxasında oturanlar mütləq gözlərini tez-tez qırpmalıdır və nəmləndirici damlalardan istifadə etməlidirlər”. (report.az)