​Almaniyada gündə 200 dəfə banlayan xoruzun sahibi məhkəməyə verilib

​Almaniyada gündə 200 dəfə banlayan xoruzun sahibi
17:10 10.08.2022
255 Maraqlı
A- A+

Almaniyada gündə təxminən 200 dəfə banlayan "Maqda" adlı xoruzun sahibi məhkəməyə verilib.

Sulh.info.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Qeyd olunub ki, qonşular xoruzun səhər saat 8-dən gündə 200 dəfə banlamasının “işgəncə” kimi olduğunu bildiriblər.

Məlumata görə, "Maqda"nın sahibi 50 yaşlı Maykl toyuq saxladığı üçün xoruza ehtiyacı olduğunu söyləyərək özünü müdafiə edib: “Toyuqların xoruza ehtiyacı var. Yoxsa onlar bir-birlərini yolarlar”

Maykl 2018-ci ildə bağçasındakı yumurtaları toplamaq üçün 5 cücə aldığını, ancaq onlardan birinin xoruz olduğunu bildirib. (report.az)