Rusiyanın Samara vilayətində 12 yaşlı qız anası və bacısına bıçaqla ağır xəsarət yetirməkdə şübhəli bilinir. Bu barədə vilayət İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Sulh.info.az xəbər verir ki, avqustun 10-da ana və dörd yaşlı qızı ağır bıçaq xəsarətləri ilə Samara vilayət xəstəxanasına yerləşdirilib. Faktla bağlı “iki və daha çox insanı öldürməyə cəhd” maddəsi ilə cinayət işi başlanıb.
Müstəntiqlər müəyyən ediblər ki, zərərçəkənlər Molodyojnaya küçəsindəki yaşayış binalarının birindəki mənzildən xəstəxanaya aparılıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində olub.
Ekspert kriminalistlər İstintaq üçün ilkin materiallar toplandıqdan sonra hadisənin törədilməsində ailənin 12 yaşlı böyük qızı şübhəli bilinib.
Polisdən verilən açıqlamada bildirilir ki, "qız polis şöbəsinə aparılıb, onunla psixoloqlar işləyir, cinayət işinin istintaqı davam edir". (Publika)