​Bu ölkənin Baş naziri də koronavirusa yoluxdu

​Bu ölkənin Baş naziri də koronavirusa
22:30 10.08.2022
225 Dünya
A- A+

Estoniyanın Baş naziri Kaya Kallas COVID-19-a yoluxub.

Sulh.info.az xəbər verir ki, bu haqda o, sosial şəbəkə hesabında bildirib. Baş nazir “Twitter” hesabında yazı paylaşaraq virusa yoluxduğunu bildirib:

“Bu səhər COVID testi müsbət nəticə göstərdi. Mən evdən işləməyə davam edəcəyəm”, - deyə Kallas yazıb.

Kaya Kallas Estoniya sakinlərini peyvənd vurdurmağa və təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırıb.