Cənubi Koreyanın paytaxtı Seul və qonşu əyalətlərdə güclü leysan yağışları yağıb.
Modern.az xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.
Leysana görə yaranan daşqınlar nəticəsində üç gündə 9 nəfər ölüb, 7 nəfər itkin düşüb.
Yağışlar nəticəsində 2,5 mindən çox ev və bina su altında qalıb.
Rəsmi məlumatlara görə, Seulda beş, Gyeonggi-do əyalətində üç və Kanvondo əyalətində bir ölüm qeydə alınıb. Ümumilikdə 17 nəfər yaralanıb.