​Tanınmış bəstəkarın oğluna Mərkəzi Bankda vəzifə verildi

​Tanınmış bəstəkarın oğluna Mərkəzi Bankda
18:45 10.08.2022
232 Ölkə
A- A+

Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə idarəetməsi departamentinin direktoru Sevda Əmirova vəzifəsindən azad edilib.

Cebhe.info Report-a istinadən xəbər verir ki, bununla bağlı qurumun sədri Taleh Kazımov əmr imzalayıb.

Əmrə əsasən, onun yerinə Anar Mansurov təyin olunub.

O, bundan əvvəl "AzerGold" QSC-nin maliyyə şöbəsinin rəisi, səhmdar cəmiyyətinin törəmə şirkəti - "Azerblast" MMC-nin Müşahidə Şurasının sədri olub, paralel olaraq "AzRe Təkrarsığorta" ASC-nin Direktor Şurasının müstəqil üzvüdür.

A.Mansurov Azərbaycanın məşhur bəstəkarı, xalq artisti Eldar Mansurovun oğludur.