​Berluskoni aktiv siyasətə qayıdır

​Berluskoni aktiv siyasətə
22:30 10.08.2022
235 Dünya
A- A+

İtaliyanın 85 yaşlı keçmiş baş naziri Silvio Berluskoni sentyabrda keçiriləcək Senat seçkilərində iştirak etmək niyyətindədir.

Bu barədə o, "Radio-1"ə müsahibəsində bildirib.

Berluskoninin sözlərinə görə, ondan İtaliya siyasətinə qayıtmağı yalnız "Forza Italia" partiyasının tərəfdarları deyil, bir çox insan tələb edir.

Qeyd edək ki, İtaliyada növbədənkənar parlament seçkiləri sentyabrın 25-də keçiriləcək.