ABŞ İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) üzvünü sabiq prezident Donald Trampın milli təhlükəsizlik müşaviri Con Boltonu qətlə yetirməkdə ittiham edib.
Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Nazirlik iddia edib ki, Tehrandan olan 45 yaşlı Mehdi Rezayi kimi tanınan Şəhram Pursəfi SEPAH komandiri Qasım Süleymaninin ölümünə cavab olaraq Boltonu öldürmək istəyib.
İddiaya gorə, Şəhram Poursafi adı açıqlanmayan ABŞ sakininə yaxınlaşaraq Boltonun şəklini çəkməyi xahiş edib. Daha sonra o, Con Boltonu öldürmək üçün 250 min dollar təklif edib.
Bolton "Twitter"də Ədliyyə Nazirliyinə təşəkkür edib.