​Azərbaycanda bir gündə 3 nəfər özünü öldürdü

​Azərbaycanda bir gündə 3 nəfər özünü
12:15 11.08.2022
225 Hadisə
A- A+

Azərbaycanda bir gündə 3 nəfər intihar edib.

Sulh.info.az xəbər verir ki, hadisələrdən biri Lənkəran şəhərində qeydə alınıb. Şəhər sakini, 81 yaşlı Telman Kazımov yaşadığı evdə özünü asıb.

Digər intihar hadisəsi Novxanı bağlarında qeydə alınıb. baş verib. Məlumata görə, 33 yaşlı Asif Əsədullayev elektrik naqili ilə özünü asıb.

Ötən günün növbəti intihar hadisəsi isə Şəmkirin Dəllər Cəyir kəndində olub. Kənd sakini, 43 yaşlı Ramil Əliyev özünü asaraq həyatına son qoyub.

Hər 3 faktla bağlı müvafiq olaraq rayon prokurorluqlarında cinayət işi başlanıb, araşdırma aparılır. (baku.ws)