​Azərbaycanın iki şahmatçısı Olimpiadada mükafatlandırılıb

​Azərbaycanın iki şahmatçısı Olimpiadada
13:30 11.08.2022
249 İdman
A- A+

Hindistanın Çennai şəhərində başa çatan Şahmat Olimpiadasında Azərbaycanın iki qadın şahmatçısı fərdi göstəricilərə görə medal qazanıb.

Sulh.info.az xəbər verir ki, 2-ci lövhədə çıxış edən Xanım Balacayeva bürünc, ehtiyat – 5-ci lövhədə yer almış Ülviyyə Fətəliyeva gümüş medala layiq görülüb.

Kişilərin yarışında norveçli dünya çempionu Maqnus Karlsen 1-ci lövhədə yalnız bürünc medal qazanmaqla kifayətlənib.

Qeyd edək ki, kişilərin yarışında Özbəkistan, qadınların mübarizəsində isə Ukrayna Olimpiadanın qalibi olub. Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri yarışı 16 xalla 7-ci sırada başa vurublar. (report.az)