Çində keçirilən toyda bəyin göstərdiyi video hər kəsi təəccübləndirib.
Sulh.info.az xəbər verir ki, evlənəcəyi qadının ona xəyanət etdiyi görüntüləri əldə edən bəy bu görüntüləri hər kəslə paylaşmaq üçün toy gününü gözləyib.
O, uşaqlıq illərində gəlinlə birlikdə çəkdirdikləri videoya baxmaq istədiklərini bildirərək qonaqlardan icazə istəyib.
Videoda gəlinin bəyin qardaşı ilə ona xəyanət etməsi görüntüləri yer alıb.
Həmin görüntülərdən sonra gəlin ağlayaraq bəydən üzr istəyib.
Cütlüyün toyu ləğv edilib. (manset.az)

