Çində yeni virus aşkarlanıb.
Sulh.info.az xəbər verir ki, Çində ölümcül olan bilən henipavirus ailəsinə məxsus Lanqya virusu aşkarlanıb. 35 nəfərdə görülən virus ilə bağlı açıqlama verən ekspertlər bildirirlər ki, siçanların 25 faizində virusun izləri var və bu heyvanlar virusun “təbii anbarı” ola bilər.
Araşdırmalara görə xəstəlik insandan insana keçmir. Xəstəliyin qaynağı heyvanlar, əsasən də siçanların olduğu bildirilir. Virusa tutulan xəstələrdə qızdırma, halsızlıq, ösgürək, baş ağrısı, qusma hallarının baş ver verməsi görülüb. Bəzilərin də isə qaraciyər və böyrək funksiyalarında bəzi anormallıqlar da aşkar edilib.
BBC-yə müsahibə verən ekspertlər deyirlər ki, yeni virusun aşkarlanması pandemiya demək deyil, lakin Henipavirus ailəsindən bir virusun ortaya çıxması narahatlıq doğurur, çünki bu qrupdakı digər patogenlər əvvəllər Asiya və Okeaniyada ciddi epidemiyalara səbəb olub.
Mənbə: BBC